Haqqımızda

Orman Project MMC 2022-ci ildə yaradılmasına baxmayaraq, təsisçiləri — Fərid Sadıxov,Anar Süleymanov, Natiq Hümbətov və Səma Mehdiyev— biznes və tikinti sahəsində 15 ildən artıq təcrübəyə malikdirlər. Bakı şəhərində yerləşən bir çox məşhur komplekslərin inşasında adı keçən bu şəxslər müxtəlif layihələrdə ayrı-ayrılıqda iştirak ediblər.Palazzo Delmare layihəsi, Azərbaycanın ən prestijli dənizkənarı istirahət və yaşayış məkanı olan Sea Breeze ərazisində həyata keçirilən unikal bir layihədir. Bu eksklüziv kompleks, müasir memarlıq üslubu ilə klassik estetik anlayışını birləşdirərək, sakinlərinə həm rahat, həm də zövqlü bir həyat tərzi təqdim edir. Dənizə birbaşa çıxışı olan layihə, geniş panoramlı mənzərələr, yaşıllıqlar içində açıq havada istirahət zonaları və yüksək səviyyəli infrastrukturu ilə fərqlənir. Burada rezidentlər üçün nəzərdə tutulmuş spa və fitness mərkəzləri, fine dining restoranlar, uşaq meydançaları və 24/7 təhlükəsizlik xidmətləri ilə dolğun və təhlükəsiz bir mühit yaradılıb.

Sea Breeze Residence, Xəzər dənizinin sahilində, Bakıdan cəmi 20 dəqiqəlik məsafədə yerləşən unikal yaşayış və istirahət kompleksidir. Müasir memarlıq üslubunda inşa olunmuş bu rezidensiyada lüks mənzillər, villalar, SPA, restoranlar, idman və əyləncə mərkəzləri mövcuddur. Təbiət və rahatlıqla iç-içə olan Sea Breeze, şəhərdən uzaq, lakin bir o qədər də əlçatan premium həyat tərzini təklif edir.
Biz dizaynın gücü ilə daha yaxşı dünya qururuq.
Orman-Project 2022-ci il də 10 ilin üzərində inşaat təcrübəsi olan 4 təsisçinin iştirakı ilə yaradılıb.Şirkətimiz müasir memarlıq və inşaat sahəsində innovativ yanaşmaları ilə fərqlənir. Həyata keçirdiyimiz layihələr yaşayış, biznes və ictimai məkanlarda estetik, funksionallıq və dayanıqlılığı bir araya gətirir. Müxtəlif bölgələrdə uğurla tamamladığımız layihələr insanlara daha təhlükəsiz, rahat və ilhamverici mühitlər təqdim etməyi hədəfləyir. Bizim üçün hər bir detal önəmlidir, çünki inşa etdiyimiz məkanlar yalnız binalar deyil, həm də insanların gündəlik həyatına dəyər qatan hekayələrdir. Gələcəyə baxan yanaşmamızla daha davamlı və harmonik şəhər mühitləri qurmağa çalışırıq.
Daha ətraflı..Sea Breeze Layihələri


